Boksçularımız Ukraynada 4 medal qazandılar
13.07.2010 - 11:06
Ukraynanın Mariupol şəhərində keçirilən beynəlxalq boks turnirinə yekun vurulub. Yarışda ev sahibləri ilə bərabər, Rusiya, Özbəkistan, Moldova, Azərbaycan, Gürcüstan və Tunisin 100-dən artıq idmançısı qüvvəsini sınayıb.
Apasport.az saytının məlumatına görə, A kateqoriyalı turnirdə ölkəmizi təmsil edən 7 boksçudan 4-ü vətənə medalla qayıdıb. Belə ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Elnur Zeynalov yalnız finalda özbək Orzubek Şaimova uduzaraq gümüş medala layiq görülüb. Əfsun Həsənov (48 kq), Kamran Mehdiyev (81 kq) və Azər Məmmədov (91 kq) isə yarımfinala kimi irəliləyiblər və fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0