Səfərli: 5 görüş, 5 qələbə
13.07.2010 - 14:14
İspaniyada keçirilən şahmat üzrə beynəlxalq “Vilya-de-Benaske” turniri davam edir. Apasport.az saytının məlumatına görə, 39 ölkədən 505 şahmatçının mübarizə apardığı yarışda 5 turdan sonra Eltac Səfərli (2603) liderlər qrupunda qərarlaşıb. Son görüşdə ispaniyalı Fernando Jimenezə (2318) qalib gələn həmyerlimiz 5 xalla Aleksandr Fier (Braziliya, 2570), Kiril Georgiyev (Bolqarıstan, 2675) və Hrant Melkumyanla (Ermənistan, 2606) 1-4-cü yerləri bölüşür.
Qeyd edək ki, Səfərli VI turda əsas rəqiblərindən Georgiyevlə qarşılaşacaq. İspaniyada məğlub olmayan təmsilçimiz bu görüşü də qələbə ilə başa vuracağı halda, turnir cədvəlində mövqeyini daha da yaxşılaşdıra bilər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0