Boksçularımızın Dağıstan-Bakı-Sinqapur marşrutu
14.07.2010 - 12:19
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası bu gün Dağıstana yollanıb. Apasport.az saytına məlumatına görə, millinin baş məşqçisi Şamil Əlimcanov səfərə 6 boksçu aparıb. Heyətində Sinqapur-2010-a lisenziya qazanan 3 idmançımızın yer aldığı yığma iyulun 26-na kimi burada təlim-məşq toplanışı keçəcək. Sonra isə idmançılarımız Dağıstanda təşkil ediləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar.
Qeyd edək ki, Ukraynada Kliçko qardaşlarının şərəfinə keçirilən yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan komandamız avqustun 1-də vətənə qayıdacaq. Bakıda 1 həftə hazırlıq keçəcək boksçularımız daha sonra avqustun 14-də start götürəcək Yeniyetmələrin I Yay Olimpiadasında mübarizə aparmaq üçün Sinqapura gedəcəklər.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0