Çaparlarımız “Global Champions Tour“da
14.07.2010 - 16:37
Portuqaliyanın Eştoril şəhərində “Global Champions Tour” çərçivəsində dünyanın ən güclü idmançıları arasında atçılığın konkur növü üzrə keçirilən CSİ5* yarışlarına yekun vurulub.
Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycanı bu turnirdə Camal Rəhimov və Patrik Makenzi təmsil ediblər.
Çaparlarımız yarışın son günündə isə Qran-Pri uğurunda mübarizə aparıblar. Gərgin keçən turnirdə 41 atla 40 çapar qüvvəsini sınayıb. Altı idmançı iki mərhələli yarışı sıfır cərimə xalı ilə bitirdiyindən təkrar sıçrayışa ehtiyac qalıb. Bu sıçrayışda hər iki idmançımız iştirak edib. Təmsilçilərimizdən Patrik Makenzi “Ever Mury Marais” ləqəbli atla dörd cərimə xalı ilə beşinci yeri, digər idmançımız Camal Rəhimov “Aramis” ləqəbli atla səkkiz cərimə xalı ilə altıncı yeri tutublar.
Qeyd edək ki, yarışın qalibi adını “Checkmate 4” ləqəbli atla almaniyalı Meredit Mişels Beerbaum qazanıb.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0