Taekvondoçularımız Dünya Kubokunda mübarizəyə başlayırlar
17.07.2010 - 09:55
Bu gün Çinin Urumçi şəhərində taekvondo üzrə Dünya Kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87) qoruyacaqlar. Dünya Kubokuna iyulun 20-də yekun vurulacaq.
Qeyd edək ki, iyunun 14-də Asiyaya yola düşən taekvondo üzrə yığma komandamız bu mötəbər turnirə Koreyada hazırlaşıb. 1 ay keçirilən təlim-məşq toplanışında millimiz yerli yığma ilə yoxlama döyüşlərində də qüvvəsini sınayıb.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0