Boksçumuz Avropa çempionu oldu
27.07.2010 - 23:04
Bolqarıstanda məktəblilər arasında boks üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, qitənin 20-dək ölkəsini təmsil edən 200-dək yeniyetmənin mübarizə apardığı yarışda ölkəmiz Rasim Məmmədovun rəhbərliyi ilə 13 boksçuyla təmsil olunub.
Aktivinə 2 qızıl, 3 gümüş və 4 bürünc medal yazdıran yığmamız komanda hesabında yalnız Rusiyadan geri qalmaqla, ev sahibi olan Bolqarıstanı da bir pillə qabaqlayıb. Boksçularımız arasında ən yaxşı nəticəni Araz Gülməmmədov (Bakı, "Zenit", 38,5 kq) və Məhəmmədəli Tahirov ("Sərhədçi", +76 kq) göstərib. Onlar Avropa birincisi olub.
Mənbə: “Ekspress Futbol”

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0