Boksçularımız beynəlxalq turnirdən 4 medalla qayıdırlar
02.08.2010 - 10:56
Dağıstanda yeniyetmələr və böyüklər arasında keçirilən beynəlxalq boks turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığma komandası vətənə 4 medalla qayıdıb.
Belə ki, yeniyetmələrin mübarizəsində bütün rəqiblərinə qalib gələn Kənan Hüseynəliyev (48 kq) çempion adına layiq görülüb. Yarımfinalda məğlub olan Elvin Mirzəbəyli (54 kq) isə bürünc medalla kifayətlənib.
Komandamız böyüklərin yarışında da 2 medala sahib olub. Boksçularımızdan Elvin İsayev (60 kq) və Kamran Mehdiyev (81 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Dağıstanda həmçinin Sinqapur-2010-a yollanacaq idmançılarımız da qüvvələrini sınayıblar. Onlar yerli yığma ilə keçirilən yoldaşlıq döyüşündə bütün görüşlərini qələbə ilə başa vurublar.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0