Olimpiadada Azərbaycanın bayraqdarı müəyyənləşdi
12.08.2010 - 14:42
Avqustun 14-də Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, bu şərəfə boksçumuz Şaban Şahpələngov layiq görülüb. 17 yaşlı idmançı 25 aprel – 4 may aralığında Bakıda gənclər arasında keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. 51 kq çəki dərəcəsində çıxış etmiş Şahpələngov həm də çempionatın ən yaxşı boksçusu sayılıb.
Qeyd edək ki, Sinqapur olimpiadasının açılış mərasimi yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 16:30-da) başlanacaq. Avqustun 26-dək davam edəcək yarışlara ölkəmizdən güləş, boks, taekvondo, cüdo, ağırlıqqaldırma və kanoe növləri üzrə 12 idmançı qatılacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0