Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi
23.08.2010 - 14:22
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, dünya çempionu Niyaməddin Paşayevi bu postda cənubi koreyalı Park Sun Mi əvəzləyib.
Paşayevin özü isə Azərbaycan Taekvondo Federasiyasında texniki direktorun I müavini vəzifəsinə təyin olunub. Onun səlahiyyətlərinə regionlarda çalışan bütün məşqçilərin işinə nəzarət, taekvondoçu seçimi və zona yarışlarının təşkili məsələlərinin həlli daxildir.
Qeyd edək ki, 1972-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olan Park Sun Mi taekvondoçu kimi çıxış etdiyi vaxt 1994-cü ildə Asiya çempionu, 1995-ci ildə dünya çempionu adını qazanıb. 1990-cı ildən məşqçiliyə başlayan Sun Mi Cənubi Koreyanın Cecu adasının komandasında çalışıb.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0