Azərbaycan yığmasında yeni məşqçi
24.08.2010 - 11:43
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasında Olimpiya Oyunlarına hazırlığa baş məşqçi Ələkbər İmaməliyev cavabdehlik daşımayacaq. Bu barədə apasport.az saytına açıqlamanı İmaməliyevin özü verib.
İmaməliyev bildirib ki, ötən olimpiadalarla müqayisədə London-2012-yə komandamızı koreyalı məşqçi Conq Conq Be hazırlayacaq: “Yığmamızda Olimpiya oyunlarına hazırlığa cavabdeh şəxs Be olacaq. Əcnəbi mütəxəssis həmçinin idmançılarımızın bu mötəbər oyunlara lisenziya qazanmalarında da öz təcrübəsindən istifadə edəcək. Artıq bir müddətdir Azərbaycanda olan məşqçi ilə birgə çalışırıq. O, lisenziya yarışlarından sonra London-2012-də də taekvondoçularımızın uğurlu çıxışına nəzarət edəcək”.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0