Kamran Ağayevi məyus etdi, Avropada üçüncü oldu
08.09.2010 - 12:05
Avro-2012-nin seçmə mərhələsinin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Almaniya milli komandasının futbolçusu Miroslav Kloze Azərbaycan yığmasının qapısından 2 qol keçirməklə ən məhsuldar futbolçular siyahısına daxil olub. Belçika ilə ilk oyunda da rəqib qapısına yol tapan 32 yaşlı hücumçu vurduğu 3 qolla qitədə 3-cü yerdə qərarlaşıb. Siyahıya isə Hollandiya millisinin ulduzu Klaas Yan Huntelaar başçılıq edir. O, keçirdiyi 2 qarşılaşmada 5 dəfə fərqlənib.
İngiltərəli Cermeyn Defo və israilli Yossi Benayun isə Kloze kimi 3 qol vurublar. Lakin meydanda daha az – 158 dəqiqə keçirən Cermeyn ikinci pillədə qərarlaşıb. Miroslabla Yossi isə 180 dəqiqə ərzində 3 qol vuraraq 3-cü pilləni bölüşdürürlər.
Qeyd edək ki, Klozenin dubla imza atdığı oyunda Almaniya yığması Azərbaycanı 6:1 hesabı ilə məğlub edib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0