Futbolçumuz Per Mertezakerin sümüyünü qırıb - FOTO
08.09.2010 - 17:00
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun xəsarət yetirdiyi almaniyalı müdafiəçi Per Mertezakerin durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin Almaniya milli komandası ilə oyununda Peri dirsək zərbəsi ilə “yerə sərən” 21 yaşlı hücumçumuz rəqibini qeyri-müəyyən vaxta sıradan çıxarıb. Meydanı qan içində tərk edən Mertezakerin müayinəsi göstərib ki, onun sifətinin almacıq sümüyü qırılıb. Bu qırığın müalicəsi üçün əməliyyat olunmağa ehtiyac yoxdur. Lakin müdafiəçinin meydana nə vaxt qayıdacağı dəqiqləşməyib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0