Millimizin rəqibi növbəti 6 həftəni də kapitansız qalacaq
13.09.2010 - 09:06
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması növbəti qarşılaşmalara da kapitansız çıxacaq. Apasport.az saytının məlumatına görə, Bundestimin yarımmüdafiəçisi Mixael Ballak oktyabrın 8-i və 12-də Türkiyə və Qazaxıstanla görüşlərdə də forma geyməyəcək. Belə ki, yığmanın 34 yaşlı kapitanının müayinəsi göstərib ki, Bundesliqanın “Hannover”lə qarşılaşması (2:2) zamanı topuğundan xəsarət alan Ballak 6 həftəlik yaşıl meydandan kənar qalacaq.
Qeyd edək ki, zədə üzündən dünya çempionatını buraxan Mixael formasını tam bərpa etmədiyi üçün sentyabrın 7-də millimizə qarşı da oynamamışdı.
Qeyd edək ki, zədə üzündən dünya çempionatını buraxan Mixael formasını tam bərpa etmədiyi üçün sentyabrın 7-də millimizə qarşı da oynamamışdı.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0