Taekvondoçumuz Ukraynada uğurunu təkrarladı
13.09.2010 - 12:15
Ukraynanın Xarkov şəhərində taekvondo üzrə 21 yaşadək gənclər arasında keçirilən Avropa çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 6 idmançı ilə yarışda qüvvəsini sınayan milli komandamızın heyətində Elvin Məmmədov (74 kq) bürünc medala sahib olub. Yığmamızın digər üzvü Fariz Əliyev (68 kq) isə çempionatı 5-ci pillədə başa vurub.
Qeyd edək ki, Ukraynada 74 kq çəki dərəcəsində Azərbaycan yığmasına bürünc medal qazandıran Məmmədov Rusiyada böyüklər arasında keçirilən Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0