Venyamin Mandrıkin Azərbaycana gəlir
14.09.2010 - 09:07
Tanınmış rusiyalı qapıçı Venyamin Mandrıkin Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, hazırda Rusiya çempionatının I divizionunda Bryansk “Dinamo”sunda oynayan təcrübəli futbolçu yığmamızın Avro-2012-də rəqibi olan Qazaxıstan yığmasının şərəfini qoruyacaq. Mandrıkin bu məqsədlə yaxın vaxtda Qazaxıstanın vətəndaşlığını qəbul edəcək. Venyamin beynəlxalq arenada oynamaq üçün bu addımı atmağa hazırdır. Moskva MOİK-ində çıxışı ilə tanınan qapıçı Rusiya yığmasına çağırılsa da, orada oynamayıb. Son vaxtlar isə Mandrıkin hətta namizəd kimi baxılmayıb. İndi 29 yaşlı qapıçı milliləşdirilməyə hazırlaşır və başqa ölkəni təmsil edəcək. Belə olan halda, Venyamin gələn il yığmamızla oyunlarda iştirak edəcək.
Qeyd edək ki, rusiyalı futbolçular Aleksey Popovla Kazbek Qeterqiyevlə yaxında bu addımı ataraq, Qazaxıstan yığmasının heyətinə cəlb olundular.
Qeyd edək ki, rusiyalı futbolçular Aleksey Popovla Kazbek Qeterqiyevlə yaxında bu addımı ataraq, Qazaxıstan yığmasının heyətinə cəlb olundular.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0