“Bunu aradan qaldırmaq üçün yeni məşqçilər korpusu yaradacağıq”
14.09.2010 - 14:08
“Bəzi çəkilərdə problemlərimiz var. Bu da yığmamızın təmsil olunmadığı ağır çəkilərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.
Bu gün Moskvada keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Cəfərov bildirib ki, ağır çəkilərdə yerli güləşçilərin olmaması ilə bağlı problemi aradan qaldırmaq üçün yeni məşqçilər korpusu yaradılacaq: “Yığmamızda ağır çəkili güləşçilərlə bağlı müəyyən müddətdir problemlər var. Bunu aradan qaldırmaq üçün yeni məşqçilər korpusu yaradacağıq. Ağır çəkili pəhləvanların hazırlanmasında məhz bu çalışdırıcılar cavabdehlik daşıyacaqlar. Məşqçi isə əcnəbi deyil, yerli olacaq”.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0