Azərbaycan Şahmat Federasiyası yenidən İlyumjinovun prezidentliyini dəstəkləyəcək
14.09.2010 - 19:13
“Bizim mövqeyimiz aydındır. Beynəlxalq Şahmat Federasiyasına prezident seçkisində Kirsan İlyumjinova səs verəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Mərkəzi Bankın sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova məxsusdur.
Rüstəmov bildirib ki, Azərbaycan Şahmat Federasiyası (AŞF) oktyabrın 2-də Rusiyanın Xantı-Mansiysk şəhərində Olimpiada ərəfəsində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasına (FİDE) prezident seçkilərində qurumun hazırkı rəhbərini dəstəkləyəcək.
Kişilərdən ibarət Azərbaycan yığmasının kapitanı, FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvili də İlyumjinovu dəstəklədiyini və yenidən beynəlxalq federasiyada yer almaq üçün namizədliyini irəli sürəcəyini deyib: “Bu post uğrunda gərgin mübarizə gedir. Prezidentliyə digər namizəd Anatoli Karpov xoşagəlməz kampaniya aparır və əsassız ittihamlar səsləndirir. Fikrimcə, bunlar seçkidə rol oynamayacaq. Çünki aparıcı ölkələr İlyumjinovu dəstəkləyir və onun tərəfindədirlər”.
Qeyd edək ki, AŞF-dən öncə bir neçə ölkə də prezident seçkilərində əvvəlcədən İlyumjinova səs verəcəyini açıqlayıb.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0