Qazaxıstan yığması milli komandamızın qrupundan çıxarıldı
17.09.2010 - 15:19
Avstriya Futbol Federasiyasının rəsmi saytı kobud səhvə yol verib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan avstriyalıların futbol qurumu qrupun turnir cədvəlində komandaların sayını düzgün göstərməyib. Belə ki, onlar çempionatla bağlı yazılara geniş yer versələr də, 1-ci qrupda 6 komandanın deyil, 5 yığmanın adını göstəriblər. Avstriya Futbol Federasiyası sonuncu pillədə qərarlaşan Qazaxıstanı diqqətdən qaçırıb.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0