Əliyev medal uğrunda mübarizəni dayandırdı
17.09.2010 - 17:25
Ağırlıqqaldırma üzrə dünya çempionatında mübarizə aparan daha bir atletimiz medal qazanmaq şansını itirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən mundialda Elmir Əliyev (56 kq) C qrupunda 7-ci yeri tutub.
Həmyerlimiz birdən qaldırma yarışlarında zəif çıxışı ilə yadda qalıb. O, ilk cəhddə 95 kq çəkini sifariş etsə də, yalnız sonda - 3-cü cəhddə bu çəkini başı üzərinə qaldırmağı bacarıb. Təkanla qaldırma yarışlarına isə Əliyev uğurla başlayıb. O, öncə 120 kq, ardından 127 kq çəkini ram edib. Lakin son cəhddə 132 kq sifariş edən təmsilçimiz bu çəkinin öhdəsindən gələ bilməyib və 2 hərəkətin cəminə görə 222 kq ağırlığı ram edib. Həmyerlimizin yekun nəticəsi sabah keçiriləcək A və B qruplarında çıxışdan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatında 10 atletlə (8 kişi, 2 qadın) mübarizə aparır. Komandamızın heyətində yalnız Silviya Angelova çıxışını yekunlaşdırıb.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0