“Bavariya”nın futbolçusu Azərbaycan yığmasına qarşı oynamayacaq
20.09.2010 - 08:55
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Didi Konstantini 18 yaşlı vunderkind Devid Alabanın xidmətindən məhrum olub. Almaniyanın “Bavariya” klubunun sol cinah oyunçusu sağ topuğunu zədələyərək məşqlərdən kənar qalıb. Həm müdafiə, həm də yarımmüdafiənin cinahında uğurla çıxış edən Alabanın müayinəsi onun ən azı 6 həftə yaşıl meydanlardan kənar qalacağını göstərib. Belə ki, gənc istedadın topuğundakı bağlar qırılıb.
Qeyd edək ki, oktyabrın 8-də millimizlə qarşılaşacaq Avstriya yığması 4 gü sonra Qazaxıstanla üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 8-də millimizlə qarşılaşacaq Avstriya yığması 4 gü sonra Qazaxıstanla üz-üzə gələcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0