Cüdo üzrə daha bir Dünya Kuboku Azərbaycana etibar edildi
20.09.2010 - 12:41
2011-ci ildə cüdo üzrə kişilər arasında Dünya kuboku Azərbaycanda keçiriləcək. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası gələn il keçiriləcək beynəlxalq yarışların siyahısını və keçirilmə yerlərini açıqlayıb. Onlar yenidən ölkəmizə etibar edərək, Dünya Kubokunun mərhələ yarışını Azərbaycan Cüdo Federasiyasına həvalə ediblər. Oktyabrın 8-9-da paytaxtımızda baş tutacaq turnir həmçinin London Olimpiadasına lisenziya xalı verəcək.
Qeyd edək ki, bu il də Bakıda cüdo üzrə beynəlxalq yarış keçiriləcək. Oktyabrın 9-10-da paytaxtımız qadınlar arasında Dünya Kubokuna ev sahibliyi edəcək.
Qeyd edək ki, bu il də Bakıda cüdo üzrə beynəlxalq yarış keçiriləcək. Oktyabrın 9-10-da paytaxtımız qadınlar arasında Dünya Kubokuna ev sahibliyi edəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0