“İnter” və “Neftçi”nin futbolçuları Rusiya ilə oyuna çağırıldı
21.09.2010 - 11:51
Makedoniya milli komandasının baş məşqçisi Mirsad Yonuz Andorra və Rusiya yığmaları ilə keçirəcəkləri 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarına çağırdığı futbolçuların adlarını açıqlayıb.
Lent.az-ın “Macedonianfootball.com”a istinadən verdiyi məlumata görə, Yonuzun dəvət göndərdiyi 23 oyunçudan 3-ü Azərbaycan klublarında çıxış edir.
Müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevski “Neftçi”nin, Filipp Despotovski isə “İnter”in formasını geyinir. Eyni zamanda, yığmamızın müdafiəçisi Rəşad Sadıqovla Türkiyə “Eskişehirspor”unda eyni komandada çıxış edən hücumçu Agim İbrahimi də dəvətlilər siyahısındadır.
Qeyd edək ki, Makedoniya millisi Andorra ilə sentyabrın 8-də səfərdə, Rusiyaya qarşı isə bundan 4 gün sonra öz meydançasında oynayacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0