“İnter”un futbolçusu mundial iştirakçılarına qarşı
21.09.2010 - 16:27
AVRO-2012-nin seçmə mərhələsindəki növbəti oyunlarını oktyabrda keçirəcək Estoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Tarmo Ruutli Bakının “İnter” klubunun şərəfini qoruyan legioneri də qarşıdakı görüşlərə dəvət edib. 26 yaşlı sol cinah oyunçusu oktyabrın 8-də Belqradda Serbiya, 4 gün sonra isə Tallinndə Sloveniyaya qarşı keçiriləcək görüşlərdə çıxış edə bilər.
Kruqlovla yanaşı müqavilə ilə hələ də “Xəzər Lənkəran”a məxsus olan Tihon Şişov da yığmaya çağırılıb. Artıq ölkəmizi tərk edən müdafiəçi transfer vərəqini ala bilmədiyi üçün o, Estoniya Futbol Federasiyasının rəsmi internet saytında məhz təmsilçimizin futbolçusu kimi göstərilib.
Qeyd edək ki, Dmitri indiyədək yığmada keçirdiyi 55 oyunda 1 qol vurub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0