Putinə cüdo kimonosu hədiyyə olundu
21.09.2010 - 18:04
Rusiyanın baş naziri Vladimir Putinə Cənubi Koreyanın Yonnan Universitetinin “Cüdo sahəsində doktor” fəxri diplomu təqdim olunub. Lent.az-ın məlumatına görə, təqdimetmə mərasimində universitetin direktorlar şurasının sədri Hak Li diploma 1 qeydiyyat nömrəsinin həkk edildiyini bildirib.
Baş nazirə cüdo ilə məşğuliyyət üçün kimono da verilib. Kimononun üzərində bu növ üzrə koreyalı olimpiya çempionları yazılıb, kəmərində isə Rusiya hökuməti rəhbərinin adı tikilib.
Bundan sonra Putindən 2018-ci il Qış Olimpiya Oyunlarına təşkilatçılıq uğrunda mübarizədə Cənubi Koreyanın Pxençyan şəhərinə dəstək verməsi xahiş olunub. Baş nazir isə Pxençyanı mütləq dəstəkləyəcəklərinə söz verib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0