Azərbaycan dünya çempionatını 4-cü yerdə başa vurdu
27.09.2010 - 09:52
Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycan komandası üçün uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın paytaxtı Moskvada keçirilən mundialda 53 ölkə arasında cəmi 5 ölkə medal qazanıb və yığmamız bu siyahıda 4-cü yeri tutub.
Yarışı 4 bürünc medalla başa vuran komandamızın heyətində Aliyə Qarayeva halqa, lent və topla hərəkətlərdə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Digər medalı isə yığmamız komanda hesabında qazanıb.
Qeyd edək ki, medal qazanan ölkələrin siyahısında ilk pilləni Rusiya gimnastları tutublar. Onlar 8 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olublar. İkinci yerə İtaliya (1 qızıl, 2 gümüş), üçüncü yerə Belarus (2 gümüş və 3 bürünc) komandası yiyələnib. Beşinci pillədə qərarlaşan Bolqarıstan yığması isə 1 bürünc medala sevinib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0