“Fənərbaxça”nın yarımmüdafiəçisi Bakıya gələsi olmadı
04.10.2010 - 08:44
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Səlcuk Şahin təlim-məşq toplanışına başlayan millisinin hazırlığından kənarda qalıb. Buna Səlcuğun Superliqanın “Gənclərbirliyi” ilə görüşdə zədələnməyi səbəb olub.
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 8-də Almaniya, 4 gün sonra isə Azərbaycan milli komandası ilə qarşılaşacaq. “Ay-ulduzlular” hər iki görüşü səfərdə keçirəcəklər.
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 8-də Almaniya, 4 gün sonra isə Azərbaycan milli komandası ilə qarşılaşacaq. “Ay-ulduzlular” hər iki görüşü səfərdə keçirəcəklər.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0