Avstriya yığmasının sabah açıq məşqi olacaq
06.10.2010 - 15:15
Avstriya yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ev oyunu öncəsi açıq məşq keçirəcək. Apasport.az saytının məlumatına görə, rəqib sabah yerli vaxtla saat 13:30-da (16:30-da) Vyanadakı “Ernst Happel” stadionunda hazırlığa çıxacaq. Məşqin 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Yığmamızın sabah eyni arenada məşqi yerli vaxtla saat 17:00-da olacaq və ölkəmizdən də ezam olunan jurnalistlər hazırlığın ilk 15 dəqiqəsini izləyə biləcək.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu oktyabrın 8-də “Ernst Happel” stadionunda keçiriləcək.
Mənbə: affa.az
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu oktyabrın 8-də “Ernst Happel” stadionunda keçiriləcək.
Mənbə: affa.az
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0