Avropa Taekvondo İttifaqının prezidenti və baş katibi Bakıya gəlir
19.10.2010 - 10:58
Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos Bakıya gələcək. Bu haqda Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının (ATF) meneceri Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, yunanıstanlı qonağın səfəri oktyabrın 28-ə planlaşdırılıb. Ertəsi gün Praqalos ETU-nin paytaxtımızda təşkil olunacaq Baş Assambleyada iştirak edəcək. Daha sonra o, 30-31 oktyabrda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək Komandalararası Avropa Çempionatını izləyəcək.
Qeyd edək ki, ETU-nun baş katibi Gerrit Eyssink Bakıya daha tez - oktyabrın 26-da təşrif buyuracaq. Hollandiyalı qonaq 27-28 oktyabrda eyni məkanda baş tutacaq Azərbaycanın Açıq Çempionatını izləyənlər arasında olacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0