İsveçli legioner Azərbaycan yığmasından ayrıldı
28.04.2011 - 14:58
Azərbaycanı su idmanı üzrə “Formula-1”də təmsil edən Yonas Anderson milli komandamızda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, isveçli legioner yenidən öz ölkəsinə qayıtmağı üstün tutub.
Azərbaycan Motorlu Qayıqlar Federasiyasının təklifi ilə yığmamızın şərəfini qoruyan Andersonun bu ildən ölkəmizi təmsil etməyəcəyi müəyyənləşib. O, əvvəlki kimi yenidən İsveç milli komandasına qayıdıb. Artıq bu ölkənin bayrağı altında ilk yarışını keçirən Yonas dünya çempionatının ilk mərhələsindən sonra 16 idmançı arasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2010-cu ildə Anderson dünya çempionatında Azərbaycanın adından çıxış edərək, 9-cu yerə sahib olmuşdu.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0