11 ölkənin milli komandası Bakıya gəlir
29.04.2011 - 13:39
Mayın 10-da Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında ənənəvi turnir start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Şotlandiya, İrlandiya, Hindistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna idmançıları iştirak edəcək.
Bakıya İsrail və ya İran komandalarından birinin də gəlişi gözlənilir. Azərbaycan yeniyetmələrin turnirində 3 komanda ilə mübarizə aparacaq. 130-a yaxın boksçunun iştirak edəcəyi yarışa mayın 14-də yekun vurulacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0