Kakau Bakıya gəlməyəcək
10.05.2011 - 08:30
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Ştutqart” klubunun 30 yaşlı hücumçusu Kakau zədələnərək mövsümü bitirib.
Bundesliqanın “Bavariya” ilə son oyununu buraxacaq milliləşən braziliyalı ağrılardan yaxa qurtarmaq üçün əməliyyat olunmalıdır. Kakau həm də Almaniya yığmasının qarşıdakı 3 görüşünü buraxacaq. Həmin matçlardan biri iyunun 7-də Bakıda yığmamıza qarşı keçiriləcək.
Qeyd edək ki, Kakau Kölndə keçirilən Almaniya – Azərbaycan matçında (6:1) komandamızın qapısına vurulan son qolun müəllifidir.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0