Teymur Rəcəbov da mat qaldı
10.05.2011 - 09:24
Tatarıstanın paytaxtı Kazanda keçirilən dünya şahmat tacına iddiaçıların görüşündə yarımfinalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 8 qrossmeysterin qatıldığı bu mötəbər yarışda Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarovun ardınca Teymur Rəcəbov da mübarizəni dayandırıb.
O, sabiq dünya çempionu Vladimir Kramnikə (Rusiya) tay-brekdə məğlub olub. Belə ki, 25 dəqiqəlik 4 sürətli oyun 2:2 hesabı ilə yekunlaşsa da, blitsdə qrossmeysterimiz 1,5:2,5 hesabı ilə uduzub. Digər cütlükdə isə Aleksandr Qrişuk (Rusiya)
Levon Aronyana (Ermənistan) qalib gəlib.
Beləliklə, yarımfinalda Qata Kamski (ABŞ) Boris Gelfandı (İsrail), Vladimir Kramnik Aleksandr Qrişuku (hər ikisi Rusiya) sınağa çəkəcək.
Mayın 27-dək davam edəcək turnirin qalibi son dünya çempionu Vişvanatan Anandla (Hindistan) qarşılaşacaq.
Qeyd edək ki, Məmmədyarov Gelfanda 1,5:2,5 hesabı ilə məğlub olmuşdu.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0