Röya “İnter” – “Xəzər Lənkəran” oyunundan öncə oxuyacaq
17.05.2011 - 16:14
Mayın 24-də keçiriləcək NBC Bank Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyununun biletləri sabahdan satışa çıxarılır. Apasport.az saytının məlumatına görə, biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Onların qiyməti sektordan asılı olmayaraq 1 manatdır. Biletlərin sahibləri finaldan sonra azarkeşlər arasında keçiriləcək "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək.
Saat 20:00-da başlayacaq final görüşündən öncə isə möhtəşəm şou-proqram təşkil olunacaq. Saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana və Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustadları çıxış edəcəklər.
Qeyd edək ki, final oyunu üçün xüsusi video çarx hazırlanıb.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0