Almaniya yığmasında daha 1 itki
26.05.2011 - 09:56
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının futbolçusu Sven Bender yığmamızla görüşdə forma geyə bilməyəcək. Buna yarımmüdafiəçinin dizindən əməliyyat olunması səbəb olub. Elə bu səbəbdən də Bender mayın 29-da Uruqvayla yoldaşlıq, iyunun 3-ü və 7-də isə Avro-2012-nin müvafiq olaraq Avstriya və Azərbaycanla görüşlərində çıxış edə bilməyəcək. Həkimlər ona 1 ay istirahət etməyi məsləhət bilib.
Qeyd edək ki, Svenə qədər Bastian Şvaynştayger də zədə üzündən yığmadan kənarda qalmışdı.
Qeyd edək ki, Svenə qədər Bastian Şvaynştayger də zədə üzündən yığmadan kənarda qalmışdı.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0