Berti Foqts jurnalistlərlə “Rixos President Astana”da görüşəcək
26.05.2011 - 16:53
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyunundan öncə mətbuat konfransının və açıq məşqin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu görüşdən bir gün öncə – iyunun 2-də, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 09:00) Astana şəhərindəki “Rixos President Astana” otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun KİV nümayəndələrinin qarşısına çıxacaq.
Həmin gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 17:00) “Astana Arena”da isə millimizin açıq məşqi olacaq.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Mənbə: affa.az

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0