Ronaldo və Raulun rekordları təkrarlandı
29.05.2011 - 11:35
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının final matçında vurduğu qolla birdən-birə 3 rekorda şərik olub. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubunun qapısına vurulan top argentinalının mövsümdə 53-cü qolu olub. Bununla da Messi “Real”ın portuqaliyalı qol silahı Kriştianu Ronaldoya çatıb.
Lionel həm də Çempionlar Liqasının pley-off mərhələlərinə 18-ci dəfə fərqlənib. Bu göstəricidə o, ispaniyalı Raulla ukraynalı Andrey Şevçenkoya məxsus rekordu təkrarlayıb. Bundan başqa Messi Çempionlar Liqasının 1 mövsümündə vurulan qolların sayında da Ruud van Nistelroya məxsus rekordu təkrarlayıb – 12 qol.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0