Bundestim səfərə qələbə ilə yollanır
29.05.2011 - 23:58
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, iyunun 7-də millimizin qonağı olacaq Bundestim ötən ilki dünya çempionatının III yer uğrunda matçında olduğu kimi Uruqvayla qarşılaşıb.
İyunun 3-də Avstriya, 4 gün sonra isə Bakıda Avro-2012-nin seçmə oyununda meydana çıxacaq Yoahim Lövün yetirmələri səfər ərəfəsində Sinsheym şəhərindəki azarkeşlərini sevindirə bilib. Almaniyalılar cənubi amerikalılarla qarşılaşmanın taleyini ilk hissədə həll etməyə çalışıblar. Qomesin 20-ci, Şurrlenin 35-ci dəqiqədə vurduğu qollardan sonra Bundestim bu istəyə yaxınlaşıb.
Lakin fasilə bitən kimi Qarqanonun 48-ci dəqiqədəki qolu fərqin minimuma enməsi ilə nəticələnib. Bu qol uruqvaylıların asanlıqla təslim olmayacağına işarə idi. Lakin qonaqların bundan artığına gücü çatmayıb və Bundestim 2 oyunluq səfərə qələbə ilə çıxır.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0