Berti Foqts bu gün tarixi hadisənin səbəbkarı ola bilər
03.06.2011 - 09:38
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün tarixi hadisənin səbəbkarı ola bilər. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununa çıxan komandamız qalib gələrsə, futbolumuzda yeni rekord müəyyənləşdirəcək. Bu da millimizin 1994-cü ildən iştirak etdiyi seçmə mərhələlərdə ən yüksək nəticəni - ən azı 6 xalı qazanması olacaq.
Məlum olduğu kimi, arxada qalan 17 ildə ən yüksək göstəricimiz 5 xal olub. Buna 3 dəfə - İqor Ponomaryov, Şahin Diniyevin baş məşqçiliyi dövründə və sonuncu dəfə elə ötən
seçmə mərhələdə Foqtsla nail olmuşuq.
Ancaq millimiz bu 5 xalı seçmə mərhələnin sonuna əsasən yığıb. İndi elə vəziyyət yaranıb ki, seçmə mərhələnin ortasında 5-dən çox xal toplaya bilərik. Bunun üçünsə Astanada Bakı vaxtilə saat 18:00-da başlayacaq görüşdə 3 xal yetərlidir. Millimiz qalan 5 oyundan 4-ü evdə keçirəcəyindən, daha çox xal toplayıb rekordunu özü yeniləyə bilər.
Qeyd edək ki, 2008-ci ilin aprelindən milli komandamızın baş məşqçisi olan Foqts cari seçmə mərhələdə 3 xalı Türkiyə yığması ilə ev oyununda (1:0) qazanıb.
Mehman SÜLEYMANOV
Astana

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0