“Dünyanın sonu da deyil”
05.06.2011 - 14:49
“Çox üzülürük. Bu məğlubiyyəti həzm etmək mümkün deyil. Amma dünyanın sonu da deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının yarımmüdafiəçi Rəşad Sadiqov deyib.
Almaniya ilə Avro-2012-nin seçmə oyunu ərəfəsində keçirilən mətbuat konfransında iştirak edən futbolçu Qazaxıstanla matçdakı məğlubiyyətin səbəbləri haqda danışarkən futbolçu süni örtük amilini də qabardıb: “Meydanın süni örtüklü olması da bizə çətinlik yaratdı. Bunu unutmaq çətin olacaq”.
Rəqibin ikinci qolu vurmasında sanki onlara yardım edən Sadiqov həmin epizodda cərimə zərbəsinin təyin edilməli olduğunu vurğulayıb: “Rəqib oyunçu arxadan futbolkamdan tutub məni saxladı. Ona görə dayandım. Hakimlərdən narazılıq etmirəm. Ancaq həmin epizodda referi başqa yerə baxırdı”.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0