AFFA jurnalistlərə yol göstərir
07.06.2011 - 14:20
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona rahat daxil olmasına şərait yaratmaq üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Apasport.az saytının məlumatına görə, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada mətbuat nümayəndələri Cənub darvazasından arenaya daxil ola bilərlər. Bu, tablonun sağ tərəfindəki, qonaq komandanın stadiona daxil olduğu qapı istiqamətindəki darvazadır.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu saat 22:00-da başlayacaq.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0