Yığmamız komandalararası Avropa çempionatına yollana bilər
08.06.2011 - 16:30
Atletika üzrə Azərbaycan yığması İslandiyanın paytaxtı Reykyavikdə komandalararası Avropa çempionatında qatıla bilər. Bu barədə məlumatı apasport.az saytına milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, iyunun 18-də start götürəcək yarışda iştirak hələ tam təsdiqini tapmasa da, səfərə çıxmaq şansları yüksəkdir: “Biz bu yarışa geniş tərkiblə qatılmağı planlaşdırırıq. Belə ki, İslandiyaya 29 nəfərlik heyətlə - 24 atlet və məşqçi heyəti ilə yollanacağıq. Düzdür, bu, hələ tam təsdiqlənməyib. Avropa çempionatına yollanıb-yollanmağımıza 5 günə tam aydınıq gələcək”.
Qeyd edək ki, Avropa çempionatı 2 gün davam edəcək.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0