Rəqibimiz rəqib tapdı
21.06.2011 - 16:18
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Türkiyə yığması yoxlama oyunu üçün yeni rəqib tapıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” FİFA-nın beynəlxalq oyunlar üçün pəncərəsi çərçivəsində Estoniya futbolçuları ilə qarşılaşacaqlar.
Qus Hiddinkin yetirmələrinin Bakının “İnter” klubunda çıxış edən Dmitri Kruqlovun şərəfini qoruduğu Estoniya millisi ilə oyunu avqustun 10-da İstanbulda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan yığması da avqustun 10-da yoldaşlıq görüşü keçirəcək. Həmin gün futbolçularımız Bakıda makedoniyalı həmkarlarını sınağa çəkəcəklər.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0