Teymur Rəcəbov Rumıniyada yerini qoruya bilmədi
22.06.2011 - 08:50
Rumıniyada keçirilən şahmat üzrə V “Bazna Kings” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ötən ilki uğurunu təkrarlaya bilməyib.
2010-cu ildə analoji turnirdə gümüş medala layiq görülən həmyerlimiz bu dəfə 10 matçdan 4,5 xal toplayaraq, Hikaru Nakamura (ABŞ) ilə 3-4-cü yerləri bölüşüb. Yarışda diqqət çəkən məqamlardan biri Rəcəbovun qələbə qazana bilməməsidir. 1 görüşdə uduzan Teymur 9 dəfə rəqibləri ilə xalları yarı bölüb.
“Bazna Kings”in ilk 2 pilləsində təmsilçimizdən 2 xal artıq toplayan Maqnus Karlsen (Norveç) və Sergey Karyakin (Ukrayna) qərarlaşıblar. Son pillələri isə 4 xala malik Vasili İvançuk (Ukrayna) və Liviu-Diter Nisipyanu (Rumıniya) tutublar.
Qeyd edək ki, Teymur 2009-cu ildə də əlavə göstəricilərə görə 4-cü olmuşdu.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0