Milli komandamız Malayziyaya yollandı
28.06.2011 - 09:34
İyunun 30-da Malayziyanın Penang şəhərində ağır atletika üzrə gənclər arasında növbəti dünya çempionatına start veriləcək. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, uzun fasilədən sonra bu yarışa Azərbaycan milli komandası da qatılacaq.
Penangda ölkəmizin idman şərəfini məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında Nailxan Nəbiyev (85 kq) və Orxan Əliquluzadə (94 kq) qoruyacaq.
Gənc atletlər - Cəlil Abdullayev, Əşrəf Gülmalıyev və Ağazaman Əliyev həqiqi hərbi xidmətdə olduqlarından bu yarışa yollanmayıblar.
Dünya çempionatına iyulun 7-də yekun vurulacaq.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0