Berti Foqts avrokubok oyunlarında
29.06.2011 - 10:50
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran” klublarının avrokuboklar çərçivəsində səfərdə keçirəcəyi oyunları izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Zaqreb şəhərində “Dinamo”, “Xəzər Lənkəran”ın isə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-də Təl-Əviv şəhərində “Makkabi” komandası ilə qarşılaşmaları zamanı stadionda olacaq. Milli komandanın baş məşqçisinin köməkçisi Vəli Qasımov AZAL və “Qarabağ” komandalarının Avropa Liqası çərçivəsində Bakıda keçirəcəyi oyunları izləyəcək.
Mənbə: affa.az
Mənbə: affa.az
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0