Avroliqada mövsümün ilk qolu Şüvəlanda vuruldu
30.06.2011 - 19:32
Bu gün keçirilən AZAL – “Minsk” oyununda vurulan ilk qol tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, Belarusdan olan qonaqların futbolçusu İqor Voronkov hesabı açmaqla 2 qat tarixi qolun müəllifi olub.
Belə ki, minskli futbolçu AZAL-ın qapısına yol tapmaqla meydan sahiblərinin adını daşıyan Şüvəlandakı stadionda vurulan ilk avrokubok qolunun müəllifi kimi tarixə düşüb.
AZAL stadionundakı ilk qol həm də Avroliqanın 2011/12 mövsümündə qapılara vurulan ilk top olub. Belə ki, qolun vurulduğu anadək yalnız 2 matç başlamışdı. Şüvəlandakı oyunla eyni vaxtda başlayan görüşdə qol vurulmadığından ilk məhz Bakıda qeydə alınıb.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0