1 vəsiqə üçün 128 nəfər
26.08.2011 - 23:02
Azərbaycan şahmatçıları Dünya Kubokunda iştirak etmək üçün Rusiyanın Xanti-Maysiysk şəhərinə yola düşüblər. Apasport.az saytının məlumatına görə, ölkəmiz bu mötəbər yarışda 5 iti zəka sahibi – Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Namiq Quliyev və Rauf Məmmədovla təmsil olunacaq.
1,6 milyon dollar mükafat fondu olan Dünya Kubokunda 46 ölkədən 128 şahmatçı mübarizə aparacaq. Qalib birbaşa 2012-ci ildə baş tutacaq dünya şahmat tacı uğrunda iddiaçıların görüşünə vəsiqə qazanacaq.
Turnirin rəsmi açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:00-da olacaq. I dövrəsinə avqustun 27-də start veriləcək yarış sentyabrın 20-də yekunlaşacaq. Görüşlər Olimpiya sistemi ilə oynanılacaq.
Şəhriyar Məmmədyarov – Hatim İbrahim (Misir)
Vüqar Həşimov – Erik Hansen (Kanada)
Teymur Rəcəbov – Frank Perdomo (Kuba)
Baadur Jobava (Gürcüstan) – Namiq Quliyev
Rauf Məmmədov – Abhijit Qupta (Hindistan)

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0