Məmmədyarov ənənəsinə sadiqdir
05.09.2011 - 08:47
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparan Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərindən Teymur Rəcəbov və Vüqar Həşimov daha bir mərhələni arxada qoyublar.
Qrossmeysterlərimiz müvafiq olaraq, fransalı Etyen Bakro və rusiyalı Yevgeni Tomaşevskini mübarizədən kənarlaşdırıblar. Həmyerlilərimiz hər ikisi 1,5:0,5 hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıblar.
Şəhriyar Məmmədyarov isə 1/32 finalda olduğu kimi 1/16 finalın da əsas oyunlarını heç-heçə (1:1) başa vurub. O bu gün ukraynalı Yaroslav Jerebuxla tay-brekdə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dünya Kubokunun qalibi 2012-ci ildə keçiriləcək şahmat tacına iddiaçıların görüşündə iştirak hüququ qazanacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0