Məmmədyarov və Həşimov 1 milyon dollarlıq yarışda
08.12.2011 - 12:53
Bu gün Çinin paytaxtı Pekində “SportAccord” Dünya İntellektual Oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 5 – şahmat, dama, bridj, qo və ksianq (Çin daması) növləri üzrə keçiriləcək yarışda ölkəmizi beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Vüqar Həşimov təmsil edəcəklər.
Dekabrın 16-a kimi davam edəcək turnirdə şahmatçılarımızın rəqibləri Vanq Xao, Vanq Yue (hər ikisi Çin), Vasili İvançuk, Ruslan Ponomaryov (hər ikisi Ukrayna), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Qata Kamski (ABŞ), Quanq Liem Le (Vyetnam), Fransisko Valyexo (İspaniya), Aniş Qiri (Hollandiya), Lenyer Dominqes (Kuba), Maksim Vaşye-Laqrav, Peter Nilsen (Danimarka) və Zoltan Almaşi (Macarıstan) olacaqlar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0