Avropa çempionatında 32-ci yer
17.12.2011 - 12:47
Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növü üzrə keçirilən Avropa çempionatının ilk qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vasif Durarbəylinin (2539) mübarizə apardığı turnirin birinci yarış günündə zəka sahibləri blits oynayıblar.
Təəssüf ki, təmsilçimiz bu oyunlarda lazımı nəticə göstərə bilməyib. 25 ölkədən 370-dən artıq şahmatçının qatıldığı yarışda Durərbəyli cəmi 17 xal toplayıb ki, bu da onun 32-ci olması nəticələnib.
Çempionatın qalibi isə 26 mümkün xaldan 20-sini toplayan Qrant Melkumyan (Ermənistan, 2615) olub. Aleksey Dreyev (Rusiya, 2710) və Radoslav Voytaşek (Polşa, 2705) də onunla eyni xal toplasalar da, növbəti 2 yerdə qərarlaşıblar.
Qeyd edək ki, şahmatçılar sabah rapid növündə mübarizə aparacaqlar.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0